2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi üzrə boş qalan yerlər

Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün 2023-cü il avqustun 14-dən 20-dək ixtisaslaşma seçimi elan edir.

Boş qalan yerlərə qəbul 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçi­rilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.


2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi üzrə boş qalan yerlər