“Vergilər” ümumrespublika olimpiadasında iştirak edən ADAU tələbələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və “PWC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadasında iştirak edən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi ilə görüş təşkil olunub.

Görüşdə çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov qalib tələbələri təbrik edərək onlara uğurlar arzu edib. Olimpiadalarda iştirakın onların intellekt səviyyələrinin və biliklərinin inkişafında xüsusi rol oynadığından danışan Z. Qurbanov tələbələr öz tövsiyələrini verib.

Yarışda Azərbaycan Dövlət Aqrar Universitetini təmsil edən altı nəfər tələbədən Aqrar İqtisadiyyat fakültəsinin lV kurs tələbəsi Sahil Məmmədov 86 balla lV yeri tutub.

Qeyd edək ki, Bakı və regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində keçirilən yarışın birinci mərhələsində ölkənin 22 universitetindən 492 tələbə iştirak edib.


“Vergilər” ümumrespublika olimpiadasında iştirak edən ADAU tələbələri ilə görüş keçirilib“Vergilər” ümumrespublika olimpiadasında iştirak edən ADAU tələbələri ilə görüş keçirilib