ADAU-da “Bitkiçilik və heyvandarlıqda təbii resursların dayanıqlı istifadəçiliyi” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək

24 oktyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş və eyni zamanda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 9-cu konfransı (COP29)" ilə əlaqədar həyata keçirilən tədbirlər planından nəzərdə tutulmuş “Bitkiçilik və heyvandarlıqda təbii resursların dayanıqlı istifadəçiliyi” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcəkdir.
Konfransın tərəfdaşları:  Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsi, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Meyvəçilik və tərəvəzçilik şöbəsi, Torpaqdan istifadəyə nəzarət şöbəsi, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis
Konfransda iştirak forması: Əyani
Konfransda aşağıdakı bölmələr üzrə tezislər qəbul olunur:
⦁ Dayanıqlı inkişaf məqsədləri (DİM) və kənd təsərrüfatı;
⦁ Kənd təsərrüfatının Azərbaycanda DİM-lərə nail olunması üçün verəcəyi töhfənin artırılması yolları;
⦁ Torpaq, su ehtiyatlarının və kənd təsərrüfatının dayanıqlı idarə edilməsi;
⦁ Azərbaycanda kənd təsərrüfatının DİM-lərin icrası üzrə ümumi vəziyyətinin təhlili;
⦁ DİM-ləri kənd təsərrüfatı, ərzaq, balıqçılıq və meşəçilik üzrə milli siyasət çərçivəsinə daxil etmək və aktuallaşdırmaq;
⦁ Dayanıqlı ərzaq və kənd təsərrüfatı üçün ümumi baxışın inkişaf etdirilməsi;
⦁ Kənd təsərrüfatı və ətraf mühit;
⦁ Bitkiçilik və heyvandarlıq sahəsinin inkişafı üzrə prioritetlər;
⦁ Ölkə ərazisində bitkiçilik və heyvandarlıq fəaliyyətinin mövcud vəziyyəti;
⦁ Kənd təsərrüfatında dayanıqlı intensivləşdirmə;
⦁ Bitkiçilik və heyvandarlıq sahəsi üzrə təhsil və ixtisaslı kadrların hazırlanması;
⦁ Bitkiçilik və heyvandarlıq istiqamətində dövlət proqramları və inkişaf konsepsiyaları;
⦁ Ekoloji təmiz kənd təsərrüfatı;
⦁ Ərzaq tullantılarının səmərəli və ekoloji istifadəsi;
⦁ Elektron kənd təsərrüfatı sisteminin qurulması;
⦁ Kənd təsərrüfatının dayanıqlı inkişafında elm, texnologiya və innovasiyaların rolu;
⦁ Bitkiçilik və heyvandarlıq istiqamətində dayanıqlı istifadəçilik ilə bağlı xarici dövlətlərin qabaqcıl təcrübələrinin öyrənilməsi;
⦁ Dayanıqlı ərzaq təhlükəsizliyi sahəsində dövlət siyasətinin istiqamət və prinsipləri;
⦁ BMT-nin 2030-cu il gündəliyinə daxil olan "Sıfır Aclıq" hədəfinə nail olmaq üçün bitkiçilik və heyvandarlıq istiqamətində dayanıqlı istifadəçiliyin vacibliyi;
⦁ Bitkiçilik və heyvandarlığa dair innovasiyaların tətbiqi, tədqiqat və təbliğat işləri üçün investisiyaların təşviqi.
⦁ Davamlı inkişafın modeli kimi “Yaşıl iqtisadiyyat”;

Konfrans materiallarının (tezis) tərtibinə qoyulan tələblər:
⦁ Tezislər azərbaycan, türk, rus və ingilis dillərindən (elektron variantda) birində qəbul olunur;
⦁ Tezislərin mətni 3-5 səhifə həcmində, kompyuterdə Microsoft Word formatında, Arial şriftlə (hərflərin ölçüsü -12 pt., interval – 1.5, abzas - 1.25), sətirdən-sətrə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 25 mm, sağdan -15 mm, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart (210x297 mm) kağızda çap olunmalıdır;
⦁ Mətnin əvvəlində, ortadan qalın və böyük hərflərlə məruzənin adı (azərbaycan, rus və ingilis dillərində), altından bir sətir boş buraxmaqla adi və kiçik hərflərlə məruzəçinin elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı, onun altında işlədiyi təşkilatın və şəhərin adı, ondan da altda müəllifin elektron poçt ünvanı, bir sətir boş buraxılmaqla abzasdan kursiv və kiçik hərflərlə məqalənin yazıldığı dildə qısa xülasə, 5 sözdən ibarət açar sözlər yazılmalıdır.
⦁ Tezislərdə istifadə edilmiş istinadlar APA 6 stilində (Məmmədov, 2018) müəllifin və ya müəlliflərin soyadı və çap ili qeyd olunmaqla, istifadə olunmuş ədəbiyyatların siyahısı isə mətnin sonunda əlifba sırası ilə APA 6 stilində göstərilməlidir.
⦁ Tezislər 20 oktyabr 2024-cü il tarixinədək ⦁ conference@adau.edu.az email ünvanına göndərilməlidir.
⦁ Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş tezislər konfransın materialları toplusunda nəşr ediləcəkdir.
⦁ Konfransda əyani olaraq məruzə ilə çıxış edən şəxslərə sertifikat təqdim ediləcəkdir.
⦁ Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 450, ADAU-nun İnzibati binası, otaq № 23, AZ2000
⦁ Tel: (+99422) 266 23 85
⦁ Web: ⦁ www.adau.edu.az


ADAU-da “Bitkiçilik və heyvandarlıqda təbii resursların dayanıqlı istifadəçiliyi” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək