“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ulu Öndər Heydər Əliyevin 100-cü il dönümünə həsr olunan “Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

Konfrans Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət şöbəsi, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi, EGE Universitetinin Ziraat fakültəsi, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Torpaqşünaslar Cəmiyyəti, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun tərəfdaşlığı ilə baş tutub.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, konfrans hər il qeyd olunan 5 Dekabr - Dünya Torpaq Günündə torpağın əhəmiyyətinə diqqət ayırmaq və torpaq ehtiyatlarının davamlı idarə olunmasını təbliğ etmək məqsədilə keçirilir. Müasir dövrdə torpaq resursları misli görünməmiş antropogen təsirlərlə üzləşir. Torpaqların antropogen yüklənməsi kritik həddə yaxınlaşır. Dünya miqyasında əkin sahələrindən münbit torpağın illik itkisi 75 milyard ton təşkil edir ki, bu da il ərzində 400 milyard ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsullarının itkisi deməkdir. Müasir şəraitdə kənd təsərrüfatı məhsullarına artmaqda olan tələbatın ödənilməsi üçün torpaqların məhsuldarlığının ardıcıl yüksəlməsinin təmin edilməsi ön planda dayanır.

Məhz bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universitetində torpağın kənd təsərrüfatındakı əhəmiyyətini və ümumilikdə isə həyatımızdakı rolunu daha geniş kütləyə çatdırmaq üçün Respublika elmi-praktik konfransı keçirilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Nümayəndəsinin köməkçisi Bariz Mehdiyev çıxış edərək Təşkilatın ölkəmizdə həyata keçirilən layihələrində əsas istiqamətlərdən birinin təbii resurslardan səmərəli istifadə olduğunu deyib. O, FAO-Azərbaycan birgə əməkdaşlığı çərçivəsində bu istiqamətdə davam edən layihələrdən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev konfransın keçirilməsinin vacibliyini vurğulayaraq, dünyada ərzaq və qida təhlükəsizliyi problemlərinin əsas mənbəsinin torpaq resursları olduğunu deyib. Şöbə müdiri bildirib ki, təbii resurslardan xüsusilə torpaq resurslarından səmərəli istifadə edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müntəzəm olaraq işlər aparılır və yaxın gələcəkdə bütün bu atılan addımlar və görülən işlər öz nəticəsini verəcək.

Sonra Lənkəran Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elvin Əliyev, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı, EGE Universitetinin dosenti Mahmut Tepecik və ADAU-nun Torpaqşünaslıq kafedrasının müdiri Arif Hüseynov çıxışlar edərək konfransın vacibliyindən və elmi əhəmiyyətindən bəhs ediblər.

Konfrans öz işini günün ikinci yarısı bölmələrdə davam etdirib.


“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib“Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib