Ulu Öndərin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) YAP Gəncə şəhər təşkilatı 3 saylı ƏPT-nın təşkilatçılığı ilə "14 İyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün" mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatı 3 saylı (ADAU) ƏPT-nın sədri Azad Bayramov qeyd edib ki, müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. Bu tarix Azərbaycanın xilasının birinci tarixi və xalqın özünə qayıdış tarixdir. Hələ 1969-1982-ci illərdə rəhbər olduğu dövrdə Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi əsaslarını yaratdı. Ulu Öndərin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanıb.

İctimai fənlər kafedrasının müəllimi Türkan Əhmədova bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Bu baxımdan Ümummilli Liderin birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu il 14 İyul tarixi xalqımızın taleyinə qızıl hərflərlə həkk olunub.

Sonra İctimai fənlər kafedrasının müəllimi Çinarə Səfərova çıxış edərək, Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində həyata keçirdiyi böyük yeniliklərdən bəhs edib.


Ulu Öndərin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanıbUlu Öndərin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanıb