Tələbələrə THİK haqqında məlumat verilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) ADAU-EGE ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirib.

Görüşün məqsədi Tələbə Həmkarlar İttifaqı Komitəsi nədir?, Fəaliyyətləri nələrdir? THİK nəzdində fəaliyyət göstərən klublar hansılardır ? və s. tipli sualları cavablamaq olub.

Görüşdə İkili diplom proqramının direktoru Lamiyə Quliyeva və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Qasımov tələbələrə gənclər təşkilatları haqqında ətraflı məlumat verərək onları ictimai həyatlarında aktiv olmağa səsləyiblər.


Tələbələrə THİK haqqında məlumat verilibTələbələrə THİK haqqında məlumat verilibTələbələrə THİK haqqında məlumat verilibTələbələrə THİK haqqında məlumat verilib