Əsrin müqaviləsi – zəfərimizə gedən yolun başlanğıcıdır

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Əsrin müqaviləsi – zəfərimizə gedən yolun başlanğıcıdır” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin banisi olduğu 1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında 13 iri neft şirkəti ilə bağlanmış müqavilənin ildönümünü qeyd etmək olub.

İctimai fənlər kafedrasının müdiri Azad Bayramov “Ümummilli Lider Heydər Əliyev “Əsrin müqaviləsi”nin banisidir!”, Malliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri Məhərrəm Hüseynov “Azərbaycan iqtisadiyyatının inkişafında “Əsrin müqaviləsi”nin rolu!”, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri Aynur Həsənova ““Əsrin müqaviləsi”nin kənd təsərrüfatının inkişafında rolu!” və Energetika kafedrasının müdiri Siyasət Məmmədov “Müstəqil Azərbaycanın dövlətçilik tarixində “Əsrin müqaviləsi"nin gələcəyə hesablanmış vektorları!” mövzuları ilə çıxışlar ediblər.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçisi Gülnar Rzayeva da çıxış edərək “Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edib.


Əsrin müqaviləsi – zəfərimizə gedən yolun başlanğıcıdırƏsrin müqaviləsi – zəfərimizə gedən yolun başlanğıcıdırƏsrin müqaviləsi – zəfərimizə gedən yolun başlanğıcıdırƏsrin müqaviləsi – zəfərimizə gedən yolun başlanğıcıdırƏsrin müqaviləsi – zəfərimizə gedən yolun başlanğıcıdırƏsrin müqaviləsi – zəfərimizə gedən yolun başlanğıcıdırƏsrin müqaviləsi – zəfərimizə gedən yolun başlanğıcıdırƏsrin müqaviləsi – zəfərimizə gedən yolun başlanğıcıdır