Müstəqilliyin Bərpası Günü münasibətilə Aqrar Universitetində silsilə tədbirlər keçirilib

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) fakültələrində silsilə tədbirlər təşkil olunub.

Əvvəlcə Torpaqşünaslıq və aqrokimya fakültəsində “Müstəqilliyimiz daimidir, dönməzdir və əbədidir” adlı intellektual bilik yarışması keçirilib. Dörd komandadan ibarət yarışda qalib olan “Ümid” komandasının üzvləri fəxri fərmanlarla təltif olunublar.

Daha sonra Aqrobiznes və idarəetmə fakültəsində Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir baş tutub.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra topraqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edənlər diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşdırılıb. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Vətən müharibəsi Qələbəsindən sonra ötən ay aparılan uğurlu antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olunub.

Sonda tələbələr vətənpərvər ruhda şeir və mahnılar ifa ediblər.


Müstəqilliyin Bərpası Günü münasibətilə Aqrar Universitetində silsilə tədbirlər keçirilibMüstəqilliyin Bərpası Günü münasibətilə Aqrar Universitetində silsilə tədbirlər keçirilibMüstəqilliyin Bərpası Günü münasibətilə Aqrar Universitetində silsilə tədbirlər keçirilibMüstəqilliyin Bərpası Günü münasibətilə Aqrar Universitetində silsilə tədbirlər keçirilibMüstəqilliyin Bərpası Günü münasibətilə Aqrar Universitetində silsilə tədbirlər keçirilibMüstəqilliyin Bərpası Günü münasibətilə Aqrar Universitetində silsilə tədbirlər keçirilibMüstəqilliyin Bərpası Günü münasibətilə Aqrar Universitetində silsilə tədbirlər keçirilibMüstəqilliyin Bərpası Günü münasibətilə Aqrar Universitetində silsilə tədbirlər keçirilibMüstəqilliyin Bərpası Günü münasibətilə Aqrar Universitetində silsilə tədbirlər keçirilibMüstəqilliyin Bərpası Günü münasibətilə Aqrar Universitetində silsilə tədbirlər keçirilibMüstəqilliyin Bərpası Günü münasibətilə Aqrar Universitetində silsilə tədbirlər keçirilibMüstəqilliyin Bərpası Günü münasibətilə Aqrar Universitetində silsilə tədbirlər keçirilib