Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı 3 saylı ƏPT Torpaqşünaslıq və aqrokimya fakültəsində "Ümummilli Lider Heydər Əliyev: Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir" mövzusunda tədbir keçirib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Gəncə şəhər təşkilatı 3 saylı ƏPT-in sədri Azad Bayramov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin keçdiyi tarixi yol və qazandığı uğurlardan geniş söz açıb. Bildirib ki, tariximizin xilaskar lideri Heydər Əliyevin YAP kimi bir siyasi təşkilatın sədri olması yeni yaranmış bu quruma ümumxalq sevgisi gətirdi. Çünki Heydər Əliyevin adı və imzası ölkəmizdə fəaliyyət göstərən irili-xırdalı bütün partiyalardan daha yüksəkdə dayanırdı.

Daha sonra çıxış edən YAP Gəncə şəhər təşkilatının məsul işçisi Cabir Məmmədov, Torpaqşünaslıq kafedrasının müdiri Arif Hüseynov və İctimai fənlər kafedrasının müəllimi Səbinə Əlizadə Ulu Öndər Heydər Əliyevin və Yeni Azərbaycan Partiyasının xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs ediblər.


Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdirMüstəqilliyimiz daimidir, əbədidir, dönməzdirMüstəqilliyimiz daimidir, əbədidir, dönməzdir