İkili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti onlayn görüşü keçirilib.

Görüşdə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova və hər iki universitetin rəhbərləri iştirak ediblər.

İclas zamani Azərbaycan Dövlət Aqrar Universitetindən Ege Universitetinə gedən tələbələrin bir illik tədris və oriyentasiya proqramı haqqında məlumat verildi.


İkili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilibİkili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib