İkili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə növbəti görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya ezam olunan professor-müəllim heyəti ilə növbəti görüş keçirilib.

Görüşdə çıxış edən ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov 2022/2023-cü tədris ilinin yaz semestrində tədrisi müvəffəqiyyətlə başa vuran Ege Universitetinin bir qrup professor-müəllim heyətinə təşəkkür edib. Bildirib ki, hər iki universitet tərəfindən uğurla davam etdirilən bu layihə əsasında aparılan kadr hazırlığı müasir və dayanıqlı kənd təsərrüfatı mütəxəssislərinin yetişməsi üçün böyük töhfə olacaqdır.

İzmir şəhərinə qayıdacaq müəllimlər ADAU-da onlara göstərilən diqqət və qayğıdan məmnunluqlarını dilə gətirərək, rəhbərliyə öz minnətdarlıqlarını bildiriblər.


İkili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə növbəti görüş keçirilibİkili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə növbəti görüş keçirilibİkili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə növbəti görüş keçirilibİkili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə növbəti görüş keçirilibİkili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə növbəti görüş keçirilib