“Green Tech” MMC-nin nümayəndə heyəti ADAU-da olub

“Green Tech” MMC-nin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Şirkətin direktoru Nizami Heybətov, İnsan resursları departamentinin müdiri Şəhla Əliyeva, İstehsalat müdiri Mustafa Kirçan, marketinq mütəxəssis Aydan Qədirova və ADAU məzunu, aparıcı aqronom Nurcahan İmamverdiya Universitet rəhbərliyi ilə görüşüblər.

ADAU-nun rektoru Zəfər Qurbanov qonaqlarla görüşdə Universitetin kənd təsərrüfatı müəssisələri ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Rektor bildirib ki, təcrübə imkanlarının geniş olması tələbələrin daha çox praktiki biliklərə yiyələnməsinə şərait yaradır.

Nizami Heybətov səmimi qarşılama üçün minnətdarlığını bildirərək təmsil etdiyi müəssisə haqqında ətraflı məlumat verib. Bildirib ki, ən yeni texnoloji yeniliklər əsasında fəaliyyət göstərən şüşə konstruksiyalı müasir istixana komplekslərində yetişdirilən məhsullar yerli bazarda lider mövqeyini qorumaqla yanaşı, digər istixanaların keyfiyyətli ehtiyacının da mühüm bir qismini qarşılayır.

Həmçinin, görüşdə birgə əməkdaşlıq perspektivləri, həyata keçirilə biləcək layihələr və tələbələrin təcrübə məsələləri müzakirə olunub.

Görüşdən sonra tələbələrlə görüşən qonaqlar onlara təcrübə və iş imkanları barədə ətraflı məlumat verib, suallarını cavablandırıb.


“Green Tech” MMC-nin nümayəndə heyəti ADAU-da olub“Green Tech” MMC-nin nümayəndə heyəti ADAU-da olub“Green Tech” MMC-nin nümayəndə heyəti ADAU-da olub“Green Tech” MMC-nin nümayəndə heyəti ADAU-da olub“Green Tech” MMC-nin nümayəndə heyəti ADAU-da olub“Green Tech” MMC-nin nümayəndə heyəti ADAU-da olub“Green Tech” MMC-nin nümayəndə heyəti ADAU-da olub“Green Tech” MMC-nin nümayəndə heyəti ADAU-da olub