Gəncə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin aqrar sahəyə diqqəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub. Sonra tələbələrə Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyində nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilib.

ADAU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Qasımov “Aqrar inkişafda Heydər Əliyev imzası”, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini icra edən İlknur İsgəndərov “Heydər Əliyev və Azərbaycanda aqrar sahənin inkişafı” və ADAU-nun tələbələri “Heydər Əliyev və aqrar islahatlar”, “Heydər Əliyevin kənd təsərrüfatı sisteminin qurulması və inkişafında müstəsna rolu” mövzularında çıxışlar ediblər.

Qeyd olunub ki, müstəqillik tariximizin yaradıcısı və dövlətimizin qurucusu, bütün həyatını xalqının və vətəninin gələcəyinə, xoşbəxtliyinə, inkişafına sərf edən görkəmli dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin adı və xidmətləri əbədidir. Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi ilk gündən aqrar sahənin inkişafına göstərdiyi qayğı və diqqət, kadrların seçilib yerləşdirilməsində, yeni texnologiyaların təsərrüfatlara tətbiq edilməsində, kənd təsərrüfatının sənaye təməli üzərinə keçirilməsində həyata keçirdiyi köklü dəyişiklikər, əsaslı tədbirlər təsadüfi deyildi.

Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən imzalanan yeni fərmanlar, sərəncamlar bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin aqrar siyasət xətti uğurla davam etdirilir, inkişafdadır və gələcək nailiyyətlərimizə öz töhfələrini daimi olaraq verəcəkdir.


Gəncə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunubGəncə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunubGəncə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunubGəncə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunubGəncə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunubGəncə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunubGəncə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub