FHN-in Gəncə Regional Mərkəzində ADAU əməkdaşları və tələbələri üçün ustad dərsi keçilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının bir qrup əməkdaşı və tələbəsi Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində olublar.

Burada əməkdaş və tələbələrə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən qorunma üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsindəki rolu ilə bağlı məlumat verilib.

Eyni zamanda, məşğələdə zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsinə dair mövzular praktiki əyani vəsaitlərlə izah olunub.


FHN-in Gəncə Regional Mərkəzində ADAU əməkdaşları və tələbələri üçün ustad dərsi keçilibFHN-in Gəncə Regional Mərkəzində ADAU əməkdaşları və tələbələri üçün ustad dərsi keçilibFHN-in Gəncə Regional Mərkəzində ADAU əməkdaşları və tələbələri üçün ustad dərsi keçilibFHN-in Gəncə Regional Mərkəzində ADAU əməkdaşları və tələbələri üçün ustad dərsi keçilibFHN-in Gəncə Regional Mərkəzində ADAU əməkdaşları və tələbələri üçün ustad dərsi keçilibFHN-in Gəncə Regional Mərkəzində ADAU əməkdaşları və tələbələri üçün ustad dərsi keçilibFHN-in Gəncə Regional Mərkəzində ADAU əməkdaşları və tələbələri üçün ustad dərsi keçilibFHN-in Gəncə Regional Mərkəzində ADAU əməkdaşları və tələbələri üçün ustad dərsi keçilib