FHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əməkdaş və tələbələr üçün təlim keçib.

Təlimin birinci hissəsində çıxış edən Universitetin rektoru Zəfər Qurbanov həm əməkdaşların, həm də tələbələrin fövqəladə hallar zamanı məlumatlı olması və çevik reaksiya verə bilməsi üçün bu cür təlimlərin vacibliyini diqqətə çatdırıb. Rektor fövqəladə hallar zamanı birgə fəaliyyətin və əməkdaşlığın təhlükəsizliyin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Çıxış edən Gəncə Regional Mərkəzin rəisi, polkovnik-leytenant Kənan Aşurov bildirib ki, əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı, köçürülməsi və digər bu kimi mülki müdafiə tədbirləri daim diqqət mərkəzində saxlanılır.

Daha sonra Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenant Bəhayi Nəsirov tədbir iştirakçılarına əhalinin mühafizəsinin əsas prinsipləri, əhalinin və ərazinin mühəndis mühafizəsi, əhalinin radiasiya və kimya mühafizəsi, əhalinin köçürülməsi və fövqəladə hallar haqqında xəbərdar edilmə mövzularında ətraflı məlumat verib.

Təlimin ikinci hissəsində xilasedicilər şərti qəza baş vermiş “hündürmərtəbəli bina”da əməliyyat şəraitinə uyğun olaraq operativ kəşfiyyat işləri apararaq aşkar olunmuş “zərərçəkmişləri” təxliyə edib, onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstərib”, həmçinin, qarşıya qoyulmuş digər tapşırıqları uğurla icra ediblər.

Təlimin sonunda FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə texnikaları və avadanlıqları tədbir iştirakçılarına nümayiş olunub.


FHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçibFHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçib