Ege Universitetinin rektoru Aqrar Universitetin tələbələri ilə görüşüb

Ege Universitetinin rektoru professor Necdet Budak ADAU-EGE beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsillərinin son illərini Türkiyənin Ege Universitetində almaq üçün gedən 40 nəfər "aqronomluq", "bitki mühafizəsi" və "iqtisadiyyat" ixtisası üzrə təhsil alan Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrini qəbul edib.

Söhbət əsnasında Ege Universitetinin rektoru N.Budak ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanova zəng edərək canlı bağlantıda qardaş Azərbaycandan gələn tələbələrin yüksək səviyyədə təhsil almaları üçün universitetdə bütün imkanların yaradıldığını, həmçinin, onların mükəmməl ixtisasçı olaraq öz vətənlərinə qayıdacaqlarına əminlik gətirib.

Tədbirin sonunda ADAU tələbələrinə Ege Universitetinin tələbə biletləri və hədiyyələr təqdim edilib.


Ege Universitetinin rektoru Aqrar Universitetin tələbələri ilə görüşübEge Universitetinin rektoru Aqrar Universitetin tələbələri ilə görüşübEge Universitetinin rektoru Aqrar Universitetin tələbələri ilə görüşübEge Universitetinin rektoru Aqrar Universitetin tələbələri ilə görüşübEge Universitetinin rektoru Aqrar Universitetin tələbələri ilə görüşübEge Universitetinin rektoru Aqrar Universitetin tələbələri ilə görüşüb