Bərdə Peşə Liseyində Aqrar İnnovasiyalar Festivalı keçirilib

11 iyul tarixində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Bərdə rayonunda keçirilib. Bərdə Peşə Liseyində baş tutan festivalda Kənd Təsərrüfatı Nazirliyinin bütün tabeli qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki bir sıra peşə təhsil müəssisələri, 80-dən çox yerli və xarici şirkət, həmçinin müxtəlif layihə və startaplar iştirak edib.

Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son illərdə peşə təhsili sahəsində aparılan islahatların öz nəticəsini göstərməyə başladığını və qəbul olunan tələbə sayının son 3 ildə 50%-dən çox artaraq 19000-ə çatdığını qeyd edib. Emin Əmrullayev bildirib ki, peşə təhsilinin iqtisadiyyatın bütün sahələri ilə əlaqəli şəkildə inkişafı olduqca əhəmiyyətlidir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə qeyd edib ki, festival kənd təsərrüfatı məhsul istehsalçıları ilə peşə təhsil müəssisələri arasında əməkdaşlığın daha da güclənməsinə öz müsbət təsirini göstərəcək.

Tədbir zamanı aqrar sahənin inkişafı məqsədilə prioritet istiqamətlər üzrə fermerlər üçün təlimlər təşkil edilib. Festivalın gedişində həmçinin peşə təhsil müəssisələrinin tələbələri üçün kənd təsərrüfatına marağın artırılması və gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə suvarma, bitki mühafizə tədbirləri sahəsində fəaliyyət göstərən özəl şirkətlər tərəfindən məlumat sessiyaları keçirilib. İctimaiyyət nümayəndələrinə məlumat verilib ki, peşə təhsil müəssisələri arasında xüsusən Bərdə Peşə Liseyi kənd təsərrüfatı baxımından böyük imkanlara sahibdir. 2021-ci ildə müasir standartlar əsasında fəaliyyətə başlayan müəssisədə 1200-ə yaxın tələbə kənd təsərrüfatı, İKT, sənaye kimi yüksək tələbat olan sahələrdə təhsil alırlar.

Qeyd edək ki, festival Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə vermək, kənd təsərrüfatı ilə peşə təhsili sektoru arasında mövcud əlaqələrin gücləndirilməsi məqsədilə təşkil edilib.

Həmçinin, festivalda Azərbaycan Dövlət Aqrar Universiteti də öz stendi ilə təmsil olunub.


Bərdə Peşə Liseyində Aqrar İnnovasiyalar Festivalı keçirilibBərdə Peşə Liseyində Aqrar İnnovasiyalar Festivalı keçirilibBərdə Peşə Liseyində Aqrar İnnovasiyalar Festivalı keçirilib