Bir qrup ADAU əməkdaşı şəhid Taleh Mustafazadənin əziz xatirəsini anıblar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin bir qrup əməkdaş və tələbəsi şəhid Taleh Mustafazadənin şəhadətə ucalmasının ildönümündə əziz xatirəsini yad ediblər.

Mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov, kafedra müdiri Aydın İsayev, professor Ziyad Abbasov və bir qrup tələbənin iştirakı ilə əvvəlcə şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra evinə baş çəkilib.

T.Mustafazadə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin “Yerüstü nəqliyyat vasitələri mühəndisliyi” ixtisasının 2013-2017-ci illər üzrə məzunudur.

Bildirilib ki, Talehin təlim-tərbiyəsi professor-müəllim heyəti tərəfindən hər zaman yüksək qiymətləndirilib. Vətənpərvər və zəhmətkeş tələbə kimi tələbə yoldaşları arasında böyük hörmət qazanıb. Aqrar Universitet Taleh və onun kimi qəhrəman oğullarla fəxr edir.

Taleh Mustafazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Preizdent İlham Əliyevin müvafiq Sərəncamları ilə Taleh Mustafazadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.


Bir qrup ADAU əməkdaşı şəhid Taleh Mustafazadənin əziz xatirəsini anıblarBir qrup ADAU əməkdaşı şəhid Taleh Mustafazadənin əziz xatirəsini anıblarBir qrup ADAU əməkdaşı şəhid Taleh Mustafazadənin əziz xatirəsini anıblarBir qrup ADAU əməkdaşı şəhid Taleh Mustafazadənin əziz xatirəsini anıblarBir qrup ADAU əməkdaşı şəhid Taleh Mustafazadənin əziz xatirəsini anıblar