Baytarlıq təbabəti fakültəsində Ulu Öndərə həsr olunan tədbir: 100 illik ömür yolunu qürurla anırıq

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “100 illik ömür yolunu qürurla anırıq!” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Fakültənin dekan müavini Gülçin Məmmədova müstəqil Azərbaycanın memarı olan Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolu və hakimiyyət illəri haqqında ətraflı danışıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri səsləndirilib.

İctimai fənlər kafedrasının baş müəllimi Şəfa Musayeva çıxışında Azərbaycan tarixində Ulu Öndərin rolu haqqında fikirlərini faktlarla tədbir iştirakçılarına çatdırıb.

Sonda Baytarlıq təbabəti fakültəsinin TGT fəallarının iştirakı ilə hazırlanan video çarx nümayiş olunub.


Baytarlıq təbabəti fakültəsində Ulu Öndərə həsr olunan tədbir: 100 illik ömür yolunu qürurla anırıqBaytarlıq təbabəti fakültəsində Ulu Öndərə həsr olunan tədbir: 100 illik ömür yolunu qürurla anırıqBaytarlıq təbabəti fakültəsində Ulu Öndərə həsr olunan tədbir: 100 illik ömür yolunu qürurla anırıqBaytarlıq təbabəti fakültəsində Ulu Öndərə həsr olunan tədbir: 100 illik ömür yolunu qürurla anırıqBaytarlıq təbabəti fakültəsində Ulu Öndərə həsr olunan tədbir: 100 illik ömür yolunu qürurla anırıqBaytarlıq təbabəti fakültəsində Ulu Öndərə həsr olunan tədbir: 100 illik ömür yolunu qürurla anırıqBaytarlıq təbabəti fakültəsində Ulu Öndərə həsr olunan tədbir: 100 illik ömür yolunu qürurla anırıqBaytarlıq təbabəti fakültəsində Ulu Öndərə həsr olunan tədbir: 100 illik ömür yolunu qürurla anırıqBaytarlıq təbabəti fakültəsində Ulu Öndərə həsr olunan tədbir: 100 illik ömür yolunu qürurla anırıq