Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup tələbəsi İtaliyada səfərdədir

USAID/Azerbaijan Özəl Sektorun İnkişafı Layihəsi "Ferrero" şirkəti ilə birgə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi, Azərbaycanın fındıq sənayesindən olan emalçılar, ixracatçılar və aqronomların İtaliyaya səfərini təşkil edib.

Bu səfər Azərbaycan ixracatçılarına dünyanın ən böyük fındıq alıcısından qida keyfiyyəti tələbləri, eləcə də Azərbaycanda fındıq istehsalına əlavə dəyər yaratmaq fürsətləri haqqında məlumat əldə etməyə kömək edəcək. Son illərdə, PSA layihəsi peşəkar emalçılara xammalı ixrac etməklə yanaşı, əlavə dəyər verən xətlərin quraşdırılmasına və qablaşdırılmış qida məhsulları istehsalına başlamağı tövsiyə edir.

Azərbaycan nümayəndə heyəti İtaliyanın şimal-qərbində "Ferrero" şirkətinin əsas zavodunun yerləşdiyi Albaya səfər ediblər. Onlar Viterbo əyalətindəki Kaprarolaya səfər edərək müasir istehsalat fəaliyyətləri ilə tanış olacaq, həmçinin qənnadı fabrikinə və aparıcı sənaye birliklərinə baş çəkəcəklər. Səfər zamanı iştirakçılar, alıcılar, bu şirkətlərin keyfiyyətə nəzarət departamentlərinin nümayəndələri və ictimai birliklərlə görüşlər keçirəcəkdir.


Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup tələbəsi İtaliyada səfərdədir