Azərbaycan Dövlət Aqrar Universitetində "Abituriyent Məsləhət Mərkəzi” fəaliyyət göstərəcək

İmtahan iştirakçıları DİM-in təqdim etdiyi xidmətlərlə bağlı Azərbaycan Dövlət Aqrar Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

“Abituriyent Məsləhət Mərkəzi” həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərəcək məsləhət mərkəzinin ünvanı Aqronomluq və Zoomühəndislik tədris binası Ozan küç., 102, Telefon: (022) 266 00 47