Azərbaycan Dövlət Aqrar Universiteti tərəfdaşlara müraciət edib

Azərbaycan Dövlət Aqrar Universiteti tərəfdaşlara müraciət edibAzərbaycan Dövlət Aqrar Universiteti tərəfdaş universitet və təşkilatlara müraciət etdi. Müraciətdə qeyd olunur ki, sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri genişmiqyaslı hərbi əməliyyat keçirərək nəinki Azərbaycan ordusunun mövqelərini, həmçinin təmas xəttində və təmas xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini intensiv atəşə tutub. Raket hücumları əhalinin sıx olduğu yaşayış məntəqələrini və strateji əhəmiyyətli infrastrukturu hədəfə alır.

"Ermənistan silahlı qüvvələri tərəfindən bir aydır yaşayış məntəqələrimizin ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutulması nəticəsində mülki şəxslərin sırasında ölənlərin sayı 90-a, yaralananların sayı isə təxminən 400 nəfərə çatıb. Bu gün Bərdə şəhərinin əhalisinin sıx məskunlaşdığı bir hissəsində istifadəsi beynəlxalq qanunla qadağan edilən kaset bombalarından atəşə tutulması nəticəsində 21 mülki şəxs öldü. Nəticədə 21 mülki şəxs həlak olub, 70-ə yaxın insan yaralanıb. Mülki infrastruktura və nəqliyyat vasitələrinə ziyan dəyib.

Terroru dövlət siyasəti olaraq istifadə edən Ermənistanın hərbi-siyasi rəhbərliyi, Azərbaycanın məskunlaşdığı əraziləri raket atəşinə məruz qoyan ordusunun hərəkətlərindən məsuliyyət daşıyır.

Hörmətli tərəfdaşlar, sizi Ermənistanın Azərbaycan xalqına qarşı bu vəhşiliklərini qınamağa çağırırıq”, - müraciətdə deyilir.