Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ADAU ilə əməkdaşlığa başlayır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) eksperti Mohammad Zaman Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Qonaqla görüşən Universitetin rektoru Zəfər Qurbanov ADAU-da həyata keçirilən elmi-tədqiqat işləri, beynəlxalq əlaqələr və ali təhsil müəssisəsinin maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Rektor bildirib ki, Universitetin Tədris-təcrübə təsərrüfatında yeni texnologiyalar ilə fərqli pambıq sortlarının əkini və tədqiqi prosesi həyata keçirilir.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov və tədqiqatçı Səxavət Məmmədov da iştirak ediblər.

Mohammad Zaman “Pambıq, buğda və çəltik istehsalında ağıllı kənd təsərrüfatı üzrə beynəlxalq təcrübələrin genişləndirilməsi”nə dair layihə barədə qısa məlumat verib. O, təmsil etdiyi qurumun Aqrar Universitetlə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Həmçinin, görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri və birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Daha sonra AEBA-nın eksperi ADAU-nun müəllim və tələbələri üçün seminar keçib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ADAU ilə əməkdaşlığa başlayırAtom Enerjisi üzrə Beynəlxalq Agentlik ADAU ilə əməkdaşlığa başlayırAtom Enerjisi üzrə Beynəlxalq Agentlik ADAU ilə əməkdaşlığa başlayırAtom Enerjisi üzrə Beynəlxalq Agentlik ADAU ilə əməkdaşlığa başlayırAtom Enerjisi üzrə Beynəlxalq Agentlik ADAU ilə əməkdaşlığa başlayırAtom Enerjisi üzrə Beynəlxalq Agentlik ADAU ilə əməkdaşlığa başlayırAtom Enerjisi üzrə Beynəlxalq Agentlik ADAU ilə əməkdaşlığa başlayır