ADAU Webometrics də addım-addım irəliləyir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Dünya Universitetlərinin Webometrics Reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə görə Azərbaycan ali məktəbləri arasında 14-cü sıradan 13-cü sıraya yüksəlib. Dünyanın 32.000-ə yaxın universitetinin reytinqini hazırlayan Webometrics-də ADAU 2021-ci ildən bu yana 4205 universiteti geridə buraxaraq inamla irəliləməkdədir.

ADAU 2021-cü ilin reytinq cədvəlində 15771-ci pillədə Azərbaycan üzrə 19-cu yeri, 2022-ci ilin reytinq cədvəlində 11591-ci pillədə Azərbaycan üzrə 14-cü yeri, 2023-cü ilin reytinq cədvəlində isə 11566-cı pilləyə yüksələrək Azərbaycan üzrə 13-cü yeri tutub.

Webometriсs Reytinqində sıralamalar əsasən 3 tələb əsasında aparılır. Bunlardan 1-ci görünürlük (universitetin web səhifəsi), 2-ci universitetin google scholar platformasındakı profili olan ilk 310 əməkdaşına gələn istinad sayı, 3-cü Scimago platformasında 27 fərqli disiplin üzrə ən çox istinad edilən ilk 10% arasında olan məqalələrin sayı.


ADAU Webometrics də addım-addım irəliləyirADAU Webometrics də addım-addım irəliləyir