ADAU tələbələri Zaqatalada tütün sahələri və tütün qurutma məntəqəsində olublar

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Azərtütün” ASC arasında bağlanan memoranduma əsasən şirkətin mütəxəssisləri tərəfindən Aqronomluq və Mühəndislik fakültələrində oxuyan bir qrup tələbəyə tütün yetişdirilməsi ilə bağlı növbəti təlim keçirilib.

Zaqatala şəhərində baş tutan təlimdə tələbələr tütün sahələrinə və tütün qurutma məntəqəsinə baş çəkiblər.

Universitetin Bitkiçilik kafedrasının müəllimi Gülnarə Abbasovanın rəhbərliyi ilə tələbələr sahədə keçirilən təlimlərdə tütün bitkisinin vegetasiya dövründə aparılan qulluq işlərindən olan qönçələmə-çiçəkləmə inkişaf mərhələsində aparılan çiçək və yan budaqların alınması prosesində iştirak edib, məntəqədə tütün yarpaqlarının daşınması, çeşidlənməsi, quruducu fırınlara yığılması və qurutma prosesinin əsas xüsusiyyətləri haqqında məlumat alıblar.


ADAU tələbələri Zaqatalada tütün sahələri və tütün qurutma məntəqəsində olublarADAU tələbələri Zaqatalada tütün sahələri və tütün qurutma məntəqəsində olublarADAU tələbələri Zaqatalada tütün sahələri və tütün qurutma məntəqəsində olublarADAU tələbələri Zaqatalada tütün sahələri və tütün qurutma məntəqəsində olublar