ADAU tələbələri təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklər

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində III kursu müvəffəqiyyətlə bitirən “aqronomluq”, "bitki mühafizəsi" və "iqtisadiyyat" ixtisası üzrə təhsil alan tələbələr və onların valideynləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov bildirib ki, ikili diplom proqramı çərçivəsində III kursu bitirən tələbələr 2023/2024-cü tədris ilində təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklər. O, valideyn və tələbələrin diqqətinə çatdırıb ki, sözügedən proqram hər iki qardaş ölkənin maraq dairəsindədir və bu tələbələrin ixtisaslı mütəxəssis kimi yetişmələri üçün hər iki universitet qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Sonra Zəfər Qurbanov tələbə və valideynlərə öz tövsiyyələrini verib.

Valideyn və tələbələr onlar üçün yaradılan şəraitə görə ölkə və universitet rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.


ADAU tələbələri təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklərADAU tələbələri təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklərADAU tələbələri təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklərADAU tələbələri təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklərADAU tələbələri təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklərADAU tələbələri təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklərADAU tələbələri təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklərADAU tələbələri təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklərADAU tələbələri təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklərADAU tələbələri təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcəklər