ADAU tələbələri “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təhsildə yüksək nailiyyətləri olan iki tələbəsi - Səbinə Rzazadə və Nuray Məmmədzadə “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.

Səbinə Rzazadə 2022-ci ildə 651 balla Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin “informasiya texnologiyaları” ixtisasına, Nuray Məmmədzadə 2020-ci ildə 596 balla Aqronomluq fakültəsinin “aqronomluq” (tədris ingilis dilində) ixtisasına qəbul olub.

S.Rzazadə yüksək balla daxil olduğuna və orta müvəffəqiyyət göstərici yüksək olduğuna görə ADAU tərəfindən qeyri-kənd təsərrüfatı yönümlü ixtisasda təhsil aldığı üçün aylıq 150 manat, N.Məmmədzadə yüksək balla daxil olduğuna və orta müvəffəqiyyət göstərici yüksək olduğuna görə kənd təsərrüfatı yönümlü ixtisasda təhsil aldığı üçün əlavə aylıq 200 manat təqaüdlə təmin olunub. Həmçinin, hər iki tələbə əlaçı təqaüdü də alır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 24 iyun tarixli Sərəncamına əsasən, bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.


ADAU tələbələri “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb