ADAU-nun komandası intellektual yarışda zona birincisi olub

Ölkənin ən böyük intellektual yarışı - “İntellektual Klubların IV Gənclər liqası”nın zona finalı baş tutub.

Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr edilmiş Gənclər Liqasının Qərb zonası üzrə finalında Gəncə və Qazaxdan 4, Şəmkir və Goranboydan 2, Ağstafa, Tovuz, Naftalan və Samuxdan 1 komanda iştirak edib. İntellektual yarışda ümumilikdə 15 komanda daxilində 90 gənc iştirak edib.

Zona finalının qalib komandası isə yarışda Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) təmsil edən "Agropatena" komandası olub. Qalib gələn komanda dekabrın 9-10 tarixlərində Quba şəhərində keçiriləcək respublika finalına vəsiqə qazanıb.

ADAU-nun "Agropatena" komandası ilə görüşən Universitetin rektoru Zəfər Qurbanov gəncləri təbrik edərək, öz tövsiyələrini verib.

Qeyd edək ki, yarışın seçim oyunları bütün respublika ərazisində 400-dək komanda arasında keçirilmiş, sonda ən güclü 32 komanda əsas final mərhələsinə vəsiqə qazanıb.

Sevindirici haldır ki, 32 komandadan biri də ADAU-nu təmsil edən "Agropatena" komandasıdır.


ADAU-nun komandası intellektual yarışda zona birincisi olubADAU-nun komandası intellektual yarışda zona birincisi olubADAU-nun komandası intellektual yarışda zona birincisi olubADAU-nun komandası intellektual yarışda zona birincisi olub