ADAU-nun ixtisası beynəlxalq akkreditasiyadan keçib

Almaniya Federativ Respublikasının Akkreditasiya, Sertifikasiya və Keyfiyyətin Təminatı İnstitutunun (ACQUİN) 09 may 2023 tarixli Qərarı ilə ali təhsilin magistratura səviyyəsinin menecment (alman proqramı) ixtisaslaşması növbəti dəfə beynəlxalq akkreditasiyadan keçib.

Almaniyanın Federativ Respublikasının Veihenstephan-Triesdorf Tətbiqi Elmlər Universitetinin “agricultural menecment” ixtisasının təhsil proqramı əsasında 2010/2011-ci tədris ilindən kadr hazırlığı aparılan bu ixtisaslaşmada hazırda magistratura səviyyəsində ADAU-nun 7 tələbəsi təhsil alır.

Qeyd edək ki, Almaniya Federativ Respublikasının Akkreditasiya, Sertifikasiya və Keyfiyyətin Təminatı İnstitutunun ACQUİN 2009-cu ildən Keyfiyyətin Təminatı üzrə Avropa Reyestrinin (EQAR) üzvüdür.


ADAU-nun ixtisası beynəlxalq akkreditasiyadan keçib