“ADAU-nun Elmi Əsərləri” jurnalı AAK-ın tövsiyə olunan elmi nəşrlər siyahısına daxil edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “ADAU-nun Elmi Əsərləri” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə Biologiya və Aqrar elmlər üzrə məqalələrin dərc olunması üçün tövsiyyə edilən elmi nəşrlər siyahısına daxil edilib.

Beləliklə, “ADAU-nun Elmi Əsərləri” jurnalı AAK-ın tövsiyə olunan elmi nəşrlər siyahısında üç fərqli elm sahəsində yer alıb. Bunlar İqtisad elmləri, Biologiya və Aqrar elmlərdir.

Qeyd edək ki, ADAU-nun Elmi Əsərləri jurnalı “ISSN 2310-4104” və “ISSN-L: 2790-5799” Beynəlxalq Standart Seriya Nömrələri ilə nəşr olunur. Jurnalın məqsədi müasir elmin və aqrar siyasətin aktual mövzularına uyğun ümumkonseptual problemlərini nəzəri-praktiki cəhətdən ifadə edən orijinal məqalələrin nəşrinə üstünlük verməklə, aqrar sahədə yeni elmi biliklərin, o cümlədən innovasiyaların işıqlandırılması, elmi-tədqiqat nailiyyətlərinin elm ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Jurnal, nəşr üçün yerli və xarici tədqiqatçıların Azərbaycan, rus və ingilis dillərində məqalələrini ildə 4 dəfə olmaqla rüblük olaraq nəşr edir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında məqalələrin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər” qarşısında qoyulan yeni tələbləri əsasında qurulub.

Jurnalda nəşr olunan bütün məqalələr doi identifikasiya nömrəsi ilə təmin olunur və “crossref” bazasına daxil edilir.

Jurnalın elektron saytı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
http://journal.adau.edu.az/

“ADAU-nun Elmi Əsərləri” jurnalı AAK-ın tövsiyə olunan elmi nəşrlər siyahısına daxil edilib“ADAU-nun Elmi Əsərləri” jurnalı AAK-ın tövsiyə olunan elmi nəşrlər siyahısına daxil edilib