ADAU-nun bir qrup əməkdaşı Türkiyənin Ege Universitetinə ezam olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnformasiya texnologiyaları kafedrasının əməkdaşları Sima Məmmədova və Ləman Kərimli Türkiyənin Ege Universitetinə ezam olunublar.

VİLLAGE - Virtual Innovative Learning Laboratories for Global Engineering Education (Qlobal Mühəndislik Təhsili üçün Virtual İnnovativ Tədris Laboratoriyaları) layihəsi çərçivəsində ADAU əməkdaşlarının otuz gün davam edəcək səfərində müxtəlif addımların icrası nəzərdə tutulub.

Layihə mühəndislik fənlərini tədris edən müəllim və tələbələrin pandemiyadan sonrakı təhsil proseslərini və laboratoriya ehtiyaclarını multidisiplinar, çoxölçülü mədəni kontekstdə yenidən nəzərdən keçirməyi və tələblərə uyğun olaraq yeni tədris modelləri üçün yol xəritələrini müəyyənləşdirməyi hədəfləyir. Bu istiqamətdə təklif olunan modeli sınaqdan keçirmək üçün pilot virtual laboratoriya və təlim materialları hazırlanması və bununla da layihə çərçivəsində effektiv və davamlı tədris modelləri yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, layihə ADAU və Ege Universitetinin qrant əldə etdiyi Avropa Komissiyası tərəfindən həyata keçirilən “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı çərçivəsində maliyyələşir.


ADAU-nun bir qrup əməkdaşı Türkiyənin Ege Universitetinə ezam olunubADAU-nun bir qrup əməkdaşı Türkiyənin Ege Universitetinə ezam olunubADAU-nun bir qrup əməkdaşı Türkiyənin Ege Universitetinə ezam olunub