ADAU-nun bir qrup əməkdaşı “Azalternativenerji” MMC-nin Qobustan İdarəetmə Məntəqəsində olublar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin bir qrup professor-müəllimi Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi “Azalternativenerji” MMC-nin Qobustan rayonunda yerləşən İdarəetmə Məntəqəsində olublar.

Energetika və Elektrik mühəndisliyi kafedrasının bir qrup əməkdaşı stansiyada olan alternativ enerji mənbələrinin iş prinsipi ilə yaxından tanış olublar.

Məlumat verilib ki, alternativ enerji daha çox gələcəyə yönələn perspektiv sahədir. Ətraf mühiti çirklənmədən qorumaq üçün alternativ enerji mənbələrindən istifadə olunması məqsədəuyğundur.


ADAU-nun bir qrup əməkdaşı “Azalternativenerji” MMC-nin Qobustan İdarəetmə Məntəqəsində olublarADAU-nun bir qrup əməkdaşı “Azalternativenerji” MMC-nin Qobustan İdarəetmə Məntəqəsində olublarADAU-nun bir qrup əməkdaşı “Azalternativenerji” MMC-nin Qobustan İdarəetmə Məntəqəsində olublar