ADAU əməkdaşlarının məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Meşəçilik kafedrasının bir qrup əməkdaşı ilə ABŞ-ın Oklahoma Dövlət Universitetinin Entomologiya və Bitki xəstəlikləri kafedrasının professoru Brad Kardın birgə ərsəyə gətirdikləri “Kök üstə bitən ağacın gövdəsinin ixtiyari hündürlükdə diametrinin alternativ üsulla təyin olunması” (Alternative method for determining trunk diameter at different heights on a standing tree) məqaləsi ABŞ-ın nüfuzlu “Mathematical and Computational Forestry and Natural-Resource Sciences” (Emerging Sources Citation Index ESCİ, MCFNS Scopus Ranking Q3) jurnalında dərc edilib.

ADAU əməkdaşları - Mədinə Abışova, Vidadi Səmədov, Aygün Bağırova, Təranə Babakişiyeva, Valeh Şüküov, Zöhrab İsmayılov, Kamil Həsənov, Ceyhunə Hacıyeva və Sima Həsənovanın ərsəyə gətirdiyi məqalədə təklif olunan metodun elmi yeniliyi ağacın gövdəsi kəsilmədən onun ixtiyari hündürlükdə diametrinin dəqiqliklə təyin olunmasıdır.

Hal-hazırda kök üstə bitən ağac gövdəsinin ixtiyari hündürlükdə diametrinin təyin olunması üçün dəqiq üsul mövcud deyil, hətta ən yeni üsullardan olan fotoqrammetriya, lazer skaner metodu da sxematik səhvlə ağac gövdəsinin diametrini təyin edir.

Ətraflı məqalədə tanış ola bilərsiniz.

https://mcfns.com/index.php/Journal/article/view/15.5

https://mjl.clarivate.com:/search-results?issn=1946-7664&hide_exact_match_fl=true&utm_source=mjl&utm_medium=share-by-link&utm_campaign=search-results-share-this-journal


ADAU əməkdaşlarının məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunubADAU əməkdaşlarının məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub