ADAU əməkdaşları qonur ayıların peyvəndlənməsi prosesində iştirak edib

Altıağac Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılan qonur ayılar peyvənd olunublar.

Vəhşi heyvanların müayinə, müalicə və peyvəndlənməsi təcrübəsini bölüşmək, bu sahədə yeni, daha innovativ metodlar tətbiq etmək məqsədilə “Four Paws Global International” heyvanların mühafizəsi təşkilatının nümayəndələri Azərbaycana səfər ediblər.

GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının rəhbəri Fərid Mansurovun təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində mütəxəssislər Altıağac Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılan qonur ayıların müayinə, müalicə və peyvəndlənməsini həyata keçirib.

Eyni zamanda “Four Paws” təşkilatının nümayəndələri Altıağac Milli Parkında yerləşən vəhşi təbiətin reabilitasiya mərkəzində Azərbaycan Aqrar Universitetinin tələbə və müəllimləri, o cümlədən Bakı Zooparkının həkimləri üçün təlim keçiblər.


ADAU əməkdaşları qonur ayıların peyvəndlənməsi prosesində iştirak edibADAU əməkdaşları qonur ayıların peyvəndlənməsi prosesində iştirak edibADAU əməkdaşları qonur ayıların peyvəndlənməsi prosesində iştirak edibADAU əməkdaşları qonur ayıların peyvəndlənməsi prosesində iştirak edib