ADAU ilə “Azərsun holdinq” birgə əməkdaşlığı genişləndirir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nümayəndə heyəti “Azərsun holdinq” Şirkətlər Qrupunun baş ofisinə səfər edib.

Universitetin rektoru Zəfər Qurbanovun rəhbərliyi ilə tədris işləri üzrə prorektor Əhməd Məlikov, elmi işlər üzrə prorektor Azad İbrahimov, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov, Karyera mərkəzinin müdiri Gülnaz Əsgərova və rektorun köməkçisi Vaqif Məmmədzadə “Azərsun holdinq”in rəhbərliyi ilə birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə əvvəlcə ADAU və “Azərsun holdinq”in tanıtım çarxı nümayiş olunub.

Sonra çıxış edən Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası, beynəlxalq əlaqələri və təcrübə proqramları barədə ətraflı məlumat verib.

Bildirib ki, Universitet tələbələrin təcrübə imkanlarının genişləndirilməsi üçün yerli və trans-milli şirkətlərlə əməkdaşlığa önəm verir. Buna görə də hər iki tərəf arasında olan əməkdaşlığın daha da inkişaf etdirilməsi müstəsna əhəmiyyətə malikdir.

“Azərsun holdinq” Şirkətlər Qrupunun rəhbəri Mohammad Gozal ADAU-nun çoxsaylı məzunlarının hazırda Holdinqdə rəhbər və digər vəzifələrdə çalışdığını deyib. O, kadr potensialının gücləndirilməsi və ixtisaslı kadrların rəhbər və digər vəzifələrə təyin olunması baxımından ADAU ilə sıx əməkdaşlığı daim diqqət mərkəzində saxladıqlarını diqqətə çatdırıb.

Daha sonra tələbələrin təcrübə məsələləri və birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə “Azərsun holdinq” Şirkətlər Qrupu arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.


ADAU ilə “Azərsun holdinq” birgə əməkdaşlığı genişləndirirADAU ilə “Azərsun holdinq” birgə əməkdaşlığı genişləndirirADAU ilə “Azərsun holdinq” birgə əməkdaşlığı genişləndirir
ADAU ilə “Azərsun holdinq” birgə əməkdaşlığı genişləndirir
ADAU ilə “Azərsun holdinq” birgə əməkdaşlığı genişləndirir
ADAU ilə “Azərsun holdinq” birgə əməkdaşlığı genişləndirir
ADAU ilə “Azərsun holdinq” birgə əməkdaşlığı genişləndirir
ADAU ilə “Azərsun holdinq” birgə əməkdaşlığı genişləndirir