ADAU-da Milli Dirçəliş Gününə həsr olunan silsilə tədbirlər keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik və Aqrar iqtisadiyyat fakültələrində 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib.

Hər iki tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Aqrar iqtisadiyyat fakültəsində keçirilən tədbirdə çıxış edən İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov bildirib ki, qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. Bu, hər bir ölkə vətəndaşı üçün qürurvericidir. Ən əsası da xalq olaraq qazandığımız tarixi Qələbəyə, şanlı Zəfərə görə Ali Baş Komandan İlham Əliyevə, Vətən üçün canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borcluyuq.

Sonra Aqrar iqtisadiyyat fakültəsinin dekanı Asəf Qasımov, İctimai fənlər kafedrasının əməkdaşları - Əbdürahman Kazımov, Azər Axundov və Səbinə Əlizadə qeyd ediblər ki, erməni şovinistləri daim Azərbaycan xalqına, türk millətinə qarşı düşmənçilik mövqeyi nümayiş etdirib, torpaqlarımızı qəsb etmək üçün çalışıblar. Bədxah qonşularımızın bu niyyətləri sovet hakimiyyəti illərində xüsusilə amansız hal alıb. Belə ki, 1988-ci ildən başlayaraq Ermənistanda yaşayan soydaşlarımız öz doğma torpaqlarından zorla qovulmuş, erməni daşnaqları dövlətimizin sərhəd xəttini pozaraq torpaqlarımızı işğal etməyə çalışıblar. Belə bir vəziyyətdə yüz minlərlə azərbaycanlı o vaxtkı Sovet rəhbərliyinə və erməni millətçilərinin vəhşiliklərinə etirazını bildirmək üçün meydanlara axışaraq müstəqillik və azadlıq uğrunda birlik nümayiş etdirmiş, işğalçılara qarşı hərəkat başladıb. Noyabr ayının 17-də isə bu hərəkat fəaliyyətinin ən yüksək zirvəsinə çatıb. Məhz həmin gün xalqımızın tarixində milli-azadlıq hərəkatı kimi qiymətləndirilib və ölkəmizin istiqlaliyyət qazanmasında əsas amil sayılıb. Məruzəçilər qeyd ediblər ki, milli-azadlıq hərəkatı xalqın böyük oğlu Heydər Əliyevin rəhbərliyi altında birləşərək nəhayət dövlət müstəqilliyinə gətirib çıxarıb. Tədbir tələbələrlə diskussiya formasında işini davam etdirib.

Mühəndislik fakültəsində keçirilən tədbirdə fakültə dekanı Təvəkgül İslamov, Energetika kafedrasının müdiri Siyasət Məmmədov və İnformasiya texnologiyaları kafedrasının müdiri Zakir Hüseynov çıxış edərək Milli Dirçəliş Gününün əhəmiyyətindən danışıblar.


ADAU-da Milli Dirçəliş Gününə həsr olunan silsilə tədbirlər keçirilibADAU-da Milli Dirçəliş Gününə həsr olunan silsilə tədbirlər keçirilibADAU-da Milli Dirçəliş Gününə həsr olunan silsilə tədbirlər keçirilibADAU-da Milli Dirçəliş Gününə həsr olunan silsilə tədbirlər keçirilibADAU-da Milli Dirçəliş Gününə həsr olunan silsilə tədbirlər keçirilibADAU-da Milli Dirçəliş Gününə həsr olunan silsilə tədbirlər keçirilibADAU-da Milli Dirçəliş Gününə həsr olunan silsilə tədbirlər keçirilibADAU-da Milli Dirçəliş Gününə həsr olunan silsilə tədbirlər keçirilibADAU-da Milli Dirçəliş Gününə həsr olunan silsilə tədbirlər keçirilibADAU-da Milli Dirçəliş Gününə həsr olunan silsilə tədbirlər keçirilib