ADAU-da İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı konfrans keçirilib.

Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 illiyinə həsr olunan videoçarx nümayiş olunub.

Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov bildirib ki, Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev torpaqlarımızın 30 il davam edən işğalına son qoyaraq Azərbaycanın ən böyük problemini həll edib. İlham Əliyevin prezidentlik dövrünün 20 ilinin yekunları göstərir ki, Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir.

Energetika kafedrasının müdiri Siyasət Məmmədov, Aqrar iqtisadiyyat fakültəsinin dekanı Asəf Qasımov, İctimai fənnlər kafedrasının dosenti Samirə Qasımova və Torpaqşünaslıq və aqrokimya fakültəsinin I kurs tələbəsi Nihad Mürvətov çıxış edərək diqqətə çatdırıblar ki, Azərbaycan dövlətçiliyi 20 ildir böyük uğurlara imza atır. Seçildiyi ilk gündən Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Qarabağda böyük Qələbəyə aparan yolun ən mühüm amillərindən olub.

ADAU-da İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilibADAU-da İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilibADAU-da İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilibADAU-da İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilib
ADAU-da İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilibADAU-da İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilib