ADAU-da 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib

YAP Gəncə şəhər təşkilatı 3 saylı (ADAU) ƏPT-nın və Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai fənlər kafedrasının təşkilatçılığı ilə “Azərbaycanda milli ordu quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Çıxış edən ADAU 3 saylı ƏPT-nın sədri Azad Bayramov çıxış edərək Azərbaycan Milli Ordusunun tarixindən söz açıb. Bildirib ki, ordumuzun tarixi əslində müstəqilliyimizin və suverenliyimizin tarixidir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunda da yeni mərhələnin başlanğıcı olub. Eyni zamanda Ulu öndər Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələri təhsil sisteminin banisidir. O, 1971-ci ildə C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil edib. Məhz bu məktəblərdə yetişən cəsur Azərbaycan hərbçiləri Birinci Qarabağ və Vətən müharibələrində misilsiz igidliklər göstəriblər. Əlbəttə ki, bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəbhədə, Azərbaycan diplomatiyası isə masada faktiki olaraq Zəfəri təmin edərək, qarşıya qoyulan məqsədə nail oldu.

İctimai fənlər kafedrasının baş müəllimi Azər Axundov Azərbaycan ordusunun tarixin müxtəlif mərhələlərində inkişaf tarixindən danışaraq 1918-ci il 26 iyun tarixli fərmanla yaradılmış Azərbaycan Milli Ordusunun qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdiyini, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad təşkil edildiyini bildirdi.

Sonra kafedranın müəllimi Çinarə Səfərova çıxış edərək deyib ki, bu gün Qafqazda ən müasir və güclü ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları genişlənir. Xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən ordumuzun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad edilmiş ərazilərimizin mühafizəsi və müdafiəsində “Dəmir yumruq” kimi dayanıblar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərə doğru inamla irəliləyir.


ADAU-da 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilibADAU-da 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilibADAU-da 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilibADAU-da 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib