ADA Universitetinin nümayəndə heyəti ADAU-ya səfər edib

ADA Universitetinin rektoru Hafiz Paşayev və rəhbərlik etdiyi bir qrup nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər.

Əvvəlcə Universitetin İnzibati binası ilə tanış olan qonaqlar burada sərgilənən eksponatlara baxış keçirib. ADAU-nun rektoru Zəfər Qurbanov qonaqlara universitetin tarixi barədə ətraflı məlumat verib.

Sonra Aqronomluq tədris korpusunda yerləşən müasir laboratoriyalar ilə tanışlıq olub. Bildirilib ki, universitetdə zəngin maddi texniki baza, o cümlədən müasir tədris avadanlıqları ilə təchiz edilmiş auditoriyalar və laboratoriyalar fəaliyyət göstərir. Burada alimlər yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlığı ilə yanaşı kənd təsərrüfatı elminin inkişafına da dəyərli töhfələr verirlər.

İkitərəfli görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi və ADAU ilə ADA Universiteti arasında birgə layihələrin işlənməsi mövzuları müzakirə olunub.


ADA Universitetinin nümayəndə heyəti ADAU-ya səfər edibADA Universitetinin nümayəndə heyəti ADAU-ya səfər edibADA Universitetinin nümayəndə heyəti ADAU-ya səfər edibADA Universitetinin nümayəndə heyəti ADAU-ya səfər edibADA Universitetinin nümayəndə heyəti ADAU-ya səfər edibADA Universitetinin nümayəndə heyəti ADAU-ya səfər edibADA Universitetinin nümayəndə heyəti ADAU-ya səfər edibADA Universitetinin nümayəndə heyəti ADAU-ya səfər edibADA Universitetinin nümayəndə heyəti ADAU-ya səfər edib