Xocalı soyqırımının 32-ci ildönümünün qeyd edilməsi barədə ƏMR

Xocalı soyqırımının 32-ci ildönümünün universitetdə qeyd edilməsi məqsədilə

ƏMR EDİRƏM

1. Fakültə dekanları ictimai təşkilatlarla birlikdə 23 fevral 2024-cü il tarixində aşağıda qeyd olunan tədbirləri həyata keçirsinlər:
1.1. ADAU-nun professor-müəllim heyəti və tələbələrin Gəncə şəhər Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin;
1.2. Xocalı soyqırımına həsr olunmuş tədbirlər, ədəbi-bədii kompozisiyalar, tələbələrin rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi həyata keçirilsin;
1.3. Xocalı soyqırımında həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilsin;
1.4. 26.02.2024-cü il tarixində ilk dərs saatları Xocalı soyqırımına həsr edilsin.

2. Əmr www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

3. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor Aidə Qasımovaya həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 20 fevral 2024-cü il tarixli, 3-29/3-2-02 F/2024 nömrəli əmri, Tərbiyə işləri üzrə prorektor Aidə Qasımovanın təhriri məruzəsi.

Rektor
Zəfər Qurbanov