UniClaD layihəsi üçün qeydiyyat başlanıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tərəfdaş olduğu Avropa Birliyinin “Erasmus+KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində 8 magistr tələbə (ixtisaslar BSE, İIqtisadiyyat, Bitki Mühafizəsi, Ekologiya, Tərəvəzçilik) 1 ay müddətinə maddi-texniki baza ilə tanış olmaq və dərslərdə iştirak etmək üçün Polşanın Poznan Həyat Elmləri Universitetinə (PULS) göndəriləcəklər. Proqramın xərcləri (visa xaric) Erasmus+ tərəfindən ödənilir. Proqramda iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçməniz xahiş olunur. Qeydiyyat üçün son tarix 15 mart 2024
https://www.haup.ac.at/uniclad_studentmobility/
Əlaqələndirici şəxs: B/M Aytən Hüseynova
aytan.huseynova.30346@adau.edu.az
ayten.quseynova.84@mail.ru

UniClaD layihəsi üçün qeydiyyat başlanıb