Qazaxıstan təqaüd proqramı

Azərbaycan Respublikasının imzaladığı hökumətlərarası müqavilələrə uyğun olaraq hər il qeyd olunan ölkələr (Macarıstan, Çin, Qazaxıstan, Rumıniya, Tacikistan, Latviya və s.) Azərbaycan vətəndaşları üçün təqaüd yerləri ayırır. Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqaviləyə uyğun olaraq Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi 2023/2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

Təqaüd proqramı bakalavriatmagistratura səviyyələri üçün nəzərdə tutulmuşdur. Namizədlər üçün aylıq təqaüd, dərs vəsaitləri, tibbi xidmət və yataqxana xərcləri, həmçinin, gediş-gəliş biletləri təqaüd proqramı çərçivəsində maliyyələşdirilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, hökumətlərarası təqaüd proqramları üzrə Azərbaycan Respublikası vətəndaşlarına ayrılan təqaüd yerlərinin tam istifadəsini təmin etmək məqsədilə sözügedən təqaüd proqramı barədə məlumatın əməkdaşlıq etdiyiniz təhsil müəssisələrinin tələbələrinə və inzibati heyətin üzvlərinə, həmçinin əlaqədar qurumlara çatdırılmasını, onlar sırasından namizədlərin müəyyən edilərək 30.04.2023-cü il tarixinədək Nazirliyə təqdim edilməsini xahiş edirik. Təqdim edilmiş şəxslər sırasından elanın tələblərinə uyğun olanların namizədliyinin qarşı tərəfə ötürülməsinə baxılacaqdır.

Əlaqələndirici şəxs: Ruqiyə Ağamalıyeva (Rugiya.Aghamaliyeva@edu.gov.az, 5305)