İnşa yazı müsabiqəsinin keçirilməsi barədə ƏMR

Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin aqrar sahənin inkişafında rolunun gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə

ƏMR EDİRƏM:

1. 2023-cü il noyabr 01-də Zoomühəndislik fakültəsində I-IV kurs tələbələri arasında “Aqrar sahənin inkişafında Heydər Əliyevin rolu” mövzusunda inşa yazı müsabiqəsi keçirilsin.

2. İnşa yazı müsabiqəsinin keçirilməsi məqsədilə aşağıdakı tərkibdə təşkilat komitəsi və münsiflər heyəti yaradılsın:

Təşkilat komitəsi
Aidə Qasımova - Tərbiyə işləri üzrə prorektor, sədr
Vüsal Orucov - Həmkarlar İttifaqı Komitəsinin sədri
İbrahim Qasımov - Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Aytəkin Məmmədova - Tələbə Elmi Cəmiyyətinin sədri
Nizami Məmmədov - Tələbə Gənclər Təşkilatının sədri
Anar Həsənov - Marketinq kafedrasının baş müəllimi

Münsiflər heyəti
Azad Bayramov - ictimai fənlər kafedrasının müdiri
Mədinə Abışova - Keyfiyyət təminatı və strateji inkişaf şöbəsinin müdiri
Samirə Qasımova - ictimai fənlər kafedrasının dosenti
Elgün Aslanov tarix- ictimai fənlər kafedrasının dosenti
Fərid Mehdiyev - marketinq kafedrasının dosenti (elmi adı olmayan)
Aidə İsmayılova - dillər kafedrasının baş müəllimi

3. Müsabiqənin nəticələrinə uyğun olaraq I, II və III-cü yerin qalibləri müxtəlif hədiyyələr, fəxri fərmanlarla təltif olunsunlar.

4. Fakültə dekanlarına tapşırılsın ki, inşa-yazı müsabiqəsinin keçirilməsində tələbələrin fəal iştirakını təmin etsinlər.

5. Əmr www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

6. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təhriri məruzəsi.

Rektor Zəfər Qurbanov