İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümünün qeyd edilməsi barədə ƏMR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümünün universitetdə qeyd edilməsi məqsədilə

ƏMR EDİRƏM:

1. 2023-cü ilin oktyabrın 20-də universitetin inzibati binasında konfrans keçirilsin.

2. Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə professor-müəllim heyəti və tələbələrin konfransda iştirakını təşkil etsinlər.

3. Əmr www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

4. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təhriri məruzəsi.

Rektor
Zəfər Qurbanov