“Kənd təsərrüfatı işçiləri günü”nün qeyd edilməsi barədə ƏMR

1 noyabr “Kənd təsərrüfatı işçiləri günü”nün qeyd edilməsi məqsədilə

ƏMR EDİRƏM:

1. 27 oktyabr 2023-cü il tarixində Torpaqşünaslıq və aqrokimya fakültəsinin tələbələrinin “Kənd təsərrüfatı işçiləri günü” ilə əlaqədar Tədris-təcrübə təsərrüfatında “Ekoloji təmizlik” adlı aksiyası keçirilsin.

2. Fakültə dekanlarına tapşırılsın ki, aksiyada tələbələrin fəal iştirakını təmin etsinlər.

3. Əmr www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

4. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təhriri məruzəsi.

Ümumi işlər üzrə prorektor:
Ramin Əliyev