ADAU-da Respublika konfransı keçiriləcək

29 mart 2023-cü il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində ulu öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “TƏTBİQİ ELMLƏR və AQRAR SAHƏNİN İNKİŞAFINA YENİ BAXIŞLAR və YANAŞMALAR” adlı Respublika elmi-praktik konfransının keçirilməsi nəzərdə tutulmuşdur. Konfrans Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və EGE Universitetinin ikili diplom proqramı çərçivəsində ADAU-da tədris aparan əməkdaşlarının birgə iştirakı ilə keçiriləcəkdir.

Konfransın məqsədi təhsilə və elmi araşdırmalara dair informasiya mübadiləsinin aparılması üçün rəy formalaşdırmaq mexanizminin müzakirəsi, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması, təhsilalanların ixtisas sahəsi üzrə bilik və bacarıqların artırılması, əlavə və yumşaq bacarıqların aşılanmasının təşkilindən ibarətdir.

KONFRANSIN ELMİ İSTİQAMƏTLƏRİ:


I. BAĞÇILIQ BÖLMƏSİ
Elmi seksiyalar:

- Müasir dünya bağçılığı: nailiyyətlər, problemlər, perspektivlər
- MEYVƏÇİLİK: seleksiya-toxumçuluq işlərinə ənənəvi və müasir yanaşmalar
- ÜZÜMÇÜLÜK: innovativ becərilmə texnologiyası, mühafizəsi və aqroekologiyası
- TƏRƏVƏZÇİLİK: seleksiyası, fiziologiyası və toxumçuluğu
- BƏZƏK bağçılığı və digər perspektivli bitkilər
- Bağçılıqda xəstəlik-zərərvericilərlə mübarizə üsulları

II. AQRAR BÖLMƏ
Elmi seksiyalar:

- Bitkiçilikdə genetika, seleksiya, toxumçuluq və tingçiliyin müasir problemləri və perspektivləri
- Balverən özülə müasir yanaşma (Balverən bitkilərin növləri, arealı və introduksiyası)
- Azərbaycan Respublikasında faydalı həşəratların cins tərkibinin yaxşılaşdırılması perspektivləri
- Torpaqların rekultivasiyası və təsərrüfat dövriyyəsinə cəlb edilmiş torpaq resurslarından səmərəli istifadə edilməsi
- Kənd təsərrüfatı məhsullarının istehsalında struktur dəyişmələrinin təbiəti və məhsuldarlığın yüksəldilməsi problemləri
- Kənd təsərrüfatında aqrotexnikanın və mexanikləşdirmənin müasir vəziyyəti və perspektivləri

Konfransın dili: Azərbaycan, türk, ingilis
Konfransın təqvimi:
- Məqalələrin son göndərilmə tarixi: 25.03.2023-cü il
- Məqalələrin qəbulu haqqında məlumatın müəlliflərə bildirilməsi: 16.03.2023-cü il
- Konfransın keçirilmə tarixi: 29.03.2023-cü il.

Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
- Məruzələr azərbaycan, türk, rus və ingilis dillərindən (elektron variantda) birində qəbul olunur;
- Məruzənin mətni 4-6 səhifə həcmində, kompyuterdə Microsoft Word formatında, Arial şriftlə (hərflərin ölçüsü -12 pt., interval – 1.5, abzas - 1.25), sətirdən-sətrə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 25 mm, sağdan -15 mm, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart (210x297 mm) kağızda çap olunmalıdır;
- Mətnin əvvəlində, ortadan qalın və böyük hərflərlə məruzənin adı (azərbaycan, rus və ingilis dillərində), altından bir sətir boş buraxmaqla adi və kiçik hərflərlə məruzəçinin varsa, elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı, onun altında işlədiyi təşkilatın və şəhərin adı, ondan da altda müəllifin elektron poçt ünvanı, bir sətir boş buraxılmaqla abzasdan kursiv və kiçik hərflərlə məqalənin yazıldığı dildə qısa xülasə, 5 sözdən ibarət açar sözlər yazılmalıdır.
- Məruzədə istifadə edilmiş istinadlar APA 6 stilində [M.D.Əliyev, 2022] müəllifin və ya müəlliflərin soyadı və çap ili qeyd olunmaqla, istifadə olunmuş ədəbiyyatların siyahısı isə mətnin sonunda əlifba sırası ilə APA 6 stilində göstərilməlidir.
- Məqalələr müəlliflər tərəfindən birbaşa, poçt vasitəsilə 1 nüsxə olmaqla CD-də yaxud elektron formada seyidovallahverdi@rambler.ru email ünvanına göndərilməlidir.
- Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcəkdir.
- Konfransda əyani olaraq məruzə ilə çıxış edən şəxslərə sertifikat təqdim ediləcəkdir.

Təşkilatı məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz:
AZ-2000, Ozan küçəsi, Gəncə şəhəri, / Azərbaycan Respublikası
ADAU-nun “Bağçılıq” kafedrası
Tel: (+99455) 481 34 58
Web: www.adau.edu.az