ADAU-da Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş və Dünya Torpaq Günü ilə əlaqədar “Ümumdünya Torpaq Günü: Dayanıqlı Kənd Təsərrüfatında Torpaq Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək

05 dekabr 2023-cü il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Dünya Torpaq Günü ilə əlaqədar olaraq “Ümumdünya torpaq günü: dayanıqlı kənd təsərrüfatında torpaq amili” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcəkdir.

Konfransın tərəfdaşları:
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət şöbəsi
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi
EGE universitetinin Ziraat fakültəsi
Bakı Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Azərbaycan Torpaqşünaslar Cəmiyyəti
Torpaqşünaslıq və Aqrokimya İnstitutu

Konfransın işçi dilləri:
Azərbaycan, türk, rus və ingilis

Konfransda iştirak forması:
Əyani və onlayn (hibrid)

Konfransda aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:
- Torpaq münbitliyi və dayanıqlı kənd təsərrüfatı
- Torpağın erroziyası və mühafizəsi
- Torpağın çirklənməsi, deqradasiyası və bərpası
- Torpaqların meliorasiyası və rekultivasiyası
- Torpaq resursları və iqlim dəyişikliyi
- Torpaq biomüxtəlifliyi və monitorinqi
- Torpaqşünaslıq təhsili və maarifləndirmə
- Torpaq resurslarının idarə olunması və bu sahədə beynəlxalq təcrübə

Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
- Məruzələr azərbaycan, türk, rus və ingilis dillərindən (elektron variantda) birində qəbul olunur.

• Məruzənin mətni 4-6 səhifə həcmində, kompüterdə Microsoft Word formatında, Arial şriftlə (hərflərin ölçüsü -12 pt., interval – 1.5, abzas - 1.25), sətirdən-sətrə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 25 mm, sağdan -15 mm, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart (210x297 mm) kağızda çap olunmalıdır;
• Mətnin əvvəlində, ortadan qalın və böyük hərflərlə məruzənin adı (azərbaycan, rus və ingilis dillərində), altından bir sətir boş buraxmaqla adi və kiçik hərflərlə məruzəçinin elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı, onun altında işlədiyi təşkilatın və şəhərin adı, ondan da altda müəllifin elektron poçt ünvanı, bir sətir boş buraxılmaqla abzasdan kursiv və kiçik hərflərlə məqalənin yazıldığı dildə qısa xülasə, 5 sözdən ibarət açar sözlər yazılmalıdır.
• Məruzədə istifadə edilmiş istinadlar APA 6 stilində (Məmmədov, 2018) müəllifin və ya müəlliflərin soyadı və çap ili qeyd olunmaqla, istifadə olunmuş ədəbiyyatların siyahısı isə mətnin sonunda əlifba sırası ilə APA 6 stilində göstərilməlidir.
• Materiallar 30 noyabr 2023-cü il tarixinədək conference@adau.edu.az email ünvanına göndərilməlidir.
• Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcəkdir.
• Konfransda əyani olaraq məruzə ilə çıxış edən şəxslərə sertifikat təqdim ediləcəkdir.
• Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 450, ADAU-nun İnzibati binası, otaq № 23, AZ2000
• Tel: (+99422) 266 23 85
• Web: www.adau.edu.az