"8 noyabr Zəfər Günü"nün və "9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü"nün qeyd edilməsi barədə ƏMR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli 2314 nömrəli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən "8 noyabr Zəfər Günü"nün və 1991-ci ilin dekabrın 18-də müvafiq Konstitusiya Aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağının qəbul etməsi ilə əlaqədar olaraq 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün universitetdə qeyd edilməsi məqsədilə

ƏMR EDİRƏM:

1. 06 noyabr 2023-cü il tarixində:
1.1 ADAU-nun professor-müəllim heyəti və tələbələrin Gəncə Şəhər Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin;
1.2. "8 noyabr Zəfər Günü" ilə əlaqədar olaraq 2-ci Qarabağ müharibəsi əlillərinin və iştirakçılarının, habelə şəhid ailələrinin ziyarəti təşkil edilsin.

2. 06.11.2023-cü il tarixində ilk dərs saatları "8 noyabr Zəfər Günü"nə və "9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü"nə həsr olunsun.

3. "8 noyabr Zəfər Günü"nə və "9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü"nə həsr olunmuş videobülletenlərinin hazırlanmasını, konfranslar, seminarlar, mühazirələr, dəyirmi masalar, vebinarların keçirilməsi, ədəbi-bədii kompozisiyalarının, foto-rəsm sərgilərinin və filmlərin nümayişi təşkil edilsin.

4. Fakültələrarası “Zəfər Günün Mübarək” adlı intellektual yarışlar keçirilsin.

5. Fakültə dekanları ictimai təşkilatlarla birlikdə yuxarıda qeyd olunan tədbirlərin həyata keçirilməsini təşkil etsinlər.

6. Əmr www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

7. Ümumi şöbə (V.Hüseynova) əmrin çoxaldılaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təhriri məruzəsi.

Rektor
Zəfər Qurbanov