“17 noyabr - Milli Dirçəliş günü”nün keçirilməsi barədə ƏMR

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən “17 Noyabr- Milli Dirçəliş günü”nün universitetdə qeyd edilməsi məqsədilə

ƏMR EDİRƏM:

1. 17 noyabr 2023-cü il tarixində universitetdə “Milli Dirçəliş günü”nə həsr olunmuş dəyirmi masalar, toplantılar, tədbirlər keçirilsin.
1.1. Fakültə dekanları və ictimai təşkilatlarla birlikdə tədbirlərin keçirilməsini təşkil etsinlər.

2. Əmr www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

3. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təhriri məruzəsi.

Rektor
Zəfər Qurbanov