Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) bitkiçilik, meşəçilik və əczaçılıq sahələri üzrə müəllim vəzifəsini tutmaq üçün müsabiqə elan edir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) 2021/2022-ci tədris ili üçün bitkiçilik, meşəçilik və əczaçılıq sahələri üzrə müəllim vəzifəsini tutmaq üçün aşağıdakı tələblərə cavab verən namizədləri işə dəvət edir:

• Sahə üzrə elmi dərəcə (fəlsəfə və ya elmlər doktoru);
• Müasir təlim standartlarına uyğun sillabus və fənn materiallarının hazırlanması bacarıqları;
• Tələbəyönümlü və innovativ təlim metodikası;
• Xarici dil biliyi;
• Kompyuter bilikləri.

AYLIQ VƏZİFƏ MAAŞI: 1200 manat

Qeyd olunan tələblərə cavab verən namizədlər tərcümeyi hallarını (CV-lərini) mövzu yerinə “Müəllim vəzifəsi” yazmaqla tedris@adau.edu.az office@adau.edu.az elektron ünvanlarına göndərə bilərlər.

Müraciət üçün son tarix: 10 sentyabr 2021

ÜNVAN: 450, Atatürk prospekti, Gəncə şəhəri, Azərbaycan

Tel:+994222665733
Mob:+994552304989
www.adau.edu.az